RU

İran təhrik olunur: Savaşa qoşulacaq?

ABŞ qırıcıları Suriyada iranyönümlü qruplara aid iki hədəfə zərbələr endiriblər.Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələrinin aviazərbələrinin hədəflərindən birincisi komanda məntəqəsi, digəri isə silahların saxlandığı anbar olub.Məlumatı Pentaqonun rəhbəri Lloyd Ostin də təsdiq edib.O bildirib ki, zərbələr Suriyanın Əbu-Kamal və Mayadin şəhərləri yaxınlığındakı hərbi obyektlərə endirilib.Mövzu ilə bağlı "Sherg.az"a danışam Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov söyləyib ki, İsrail və HƏMAS qarşıdurması regionun siyasi vəziyyətini dəyişməyə başlayıb:"Artıq balans dəyişib. Görünür ki, yeni xəritələr cızılacaq. Müharibənin hələki qarşısı alına bilmir. Fakt ondan ibarətdir ki, İsrail HƏMAS qarşıdurması getdikcə artan xəttlə davam edir. Nə qədər açıq şəkildə etiraf etməsələr belə, İsrail həmin ərazilərdə antiterror əməliyyatları keçirir. ABŞ isə öz dəstəyini göstərir. Eyni zamanda İran yönümlü bölgələrin vurulması ilə bağlı açıqlamalar verir. Rəsmi Tehran tərəfindən isə hələ səs-soraq yoxdur. Çox güman ki, danışıqlar aparmadan gizli şəkildə işlər görəcək. "Hizbullah"ın İranın nəzarətində olması məlum məsələdir. Həmçinin, HƏMAS-ın da müəyyən bir hissəsi İranın tabeliyindədir. Ümumiyyətlə həmin bölgədə İranın proksi qrupları silahlandırması hər kəsə mэlumdur".Analitikin sözlərinə görə, Suriyanın ərazisinin yenidən vurulması və İran yönümlü qrupların hədəfə alınması Rəsmi Tehranı savaşa cəlb etmək niyyətlərindən irəli gələ bilər:"İbrahim Rəisi Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq üçün addım atdı.  Amma bu Ərəb ölkələri ilə İran arasında əlaqələrin düzəlməsi anlamına gəlmir. Yəni hələ də gərginlik davam edir. Ərəb ölkələrinin hər birində Amerika bazası mövcuddur və onların təsiri kifayət qədər güclüdür. Ona görə də İranı  istənilən vaxt təxribata çəkə bilərlər. Qarşıdakı zaman çərçivəsində baş verən hadisənin nəticəsini görəcəyik. Amma hər vəziyyətdə ABŞ Hərbi Hava Qüvvələrinin belə  aviazərbələr endirməsi birbaşa Suriya üzərindən İranı müharibəyə çəkməkdən ibarətdir. HƏMAS İsrail toqquşmasında İran nisbətən özünü qoruya bildi. Ancaq İranın mövqeylərinin bir-bir vurulması onu savaşa təhrik etməyə hesablanıb. Müharibənin  davam etməsi bölgəyə yaxşı heçnə vəd vermir və güclü fəlakətlər yarana bilər. Bunun isə qarşısını heç kim ala bilməz".

Избранный
279
sherg.az

1Источники