İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri İsmayıl Xətib bu gün "Camaran" saytına müsahibəsində HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsində casusların rolunun olub-olmaması barədə sualı cavablandırıb.
seher.media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, nazir İsmayıl Həniyənin və onun mühafizəçilərindən birinin Tehranda qətlini şərh edib və suala belə cavab verib:
"SEPAH-ın məlumatına görə, Həniyənin öldürülməsində casusların rolu tapılmayıb. Aparılan araşdırmalara əsasən, HƏMAS lideri 7 kiloqram döyüş başlığına malik qısamənzilli mərmi ilə öldürülüb".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта