RU

Rusiya Ukraynanın F-16 qırıcılarını gizlətdiyi anqara ZƏRBƏ ENDİRDİ

Rusiya ordusu Ukraynada müdafiə sənayesi obyektlərinə genişmiqyaslı zərbə endirib.

 

Sfera.az apa-ya istinadən xəbər verir ki, nəticədə Ukraynanın hər yerində partlayışlar baş verib.

 

️Ukraynada hava hücumu xəbərdarlığı Moskva vaxtı ilə səhər saat altıdan sonra elan edilib. Ukrayna mediası bir sıra regionlarda: Kiyev, Xarkov, Sumı, Poltava, Vinnitsa, Kirovoqrad, Dnepropetrovsk, İvano-Frankivsk, Lvov və Odessa vilayətlərində partlayışlarım olduğunu açıqlayıb.

 

Kiyevdə silsilə partlayışlardan sonra elektrik enerjisi kəsilib. Ümumilikdə, şəhərdə təxminən on partlayış səsi eşidilib.

 

Odessada enerji obyekti vurulub, Lvov vilayətinin Stryi şəhərində zərbədən sonra ciddi bir partlayış baş verib, elektrik enerjisi kəsilib.

 

İvano-Frankovskda hərbi texnikalarım olduğu anqara zərbə endirilib, partlayış Ukrayna Silahlı Qüvvələrinin iki F-16 gizlətdiyi ərazidə baş verib.

 

Volında isə zərbə Ukrayna hərbçilərinin dislokasiya olduğu yerə endirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
111
18
sfera.az

10Источники