RU

ABŞ Birgə Qərargahlar rəisi gözlənilmədən Yaxın Şərqə səfər edib

ABŞ generalı regionun İranın İsrailə mümkün hücumunu gözləməsi fonunda, daha geniş münaqişəyə çevrilə biləcək gərginliyin artmasının qarşısını almaq yollarını müzakirə etmək üçün şənbə günü Yaxın Şərqə elan olunmamış səfərə başlayıb.

Birgə Qərargahlar rəisi, Hava Qüvvələrinin generalı CQ Braun səfərə İordaniyada başlayıb və bildirib ki, növbəti günlərdə hərbi liderlərin perspektivlərini dinləmək üçün Misir və İsrailə səfər edəcək.

Onun səfəri Birləşmiş Ştatlar İsraillə fələstinli militant qrup olan HƏMAS arasında girovların sərbəst buraxılması müqabilində atəşkəs razılaşması əldə etməyə çalışdığı bir vaxta təsadüf edib. Braun bunun “hərarəti azaltmağa yardım” edəcəyini deyib.

“Eyni zamanda, mən həmkarlarımla eskalasiyanın genişlənməsini yayındırmaq və daha geniş münaqişənin qarşısını almaq məqsədilə bütün müvafiq addımları atmağımızı təmin etmək üçün nə edə biləcəyimizi müzakirə edirəm,” Braun İordaniyaya getmədən öncə Reuters-ə deyib.

ABŞ Prezidenti Co Baydenin administrasiyası Qəzzada HƏMAS-la İsrail arasında artıq 11 aydır davam edən müharibənin fəsadlarını məhdudlaşdırmağa çalışıb. Münaqişə nəticəsində Qəzzanın böyük bir hissəsi yerlə-yeksan olub, İsraillə Livanın İran tərəfindən dəstəklənən Hizbullah hərəkatı arasında sərhəddə toqquşmalar olub, Yəmənin husiləri Qırzmı dənizdə gəmilərə hücumlar etməyə başlayıb.

Bu arada isə Suriya, İraq və İordaniyada İranla əlaqəsi olan qruplaşmalar ABŞ qoşunlarına hücumlar edib.

ABŞ qüvvələrini gücləndirir

ABŞ ordusu İran və ya onun müttəfiqlərinin böyük yeni hücumlarından qorunmaq üçün son həftələrdə Yaxın Şərqdəki qüvvələrini gücləndirib və regiona Teodor Ruzvelt aviadaşıyıcısını əvəz etmək üçün Abraham Linkoln təyyarədaşıyıcısını göndərib.

Birləşmiş Ştatlar həmçinin regiona Hava Qüvvələrinə məxsus F-22 Raptor eskadrilyasını və qanadlı raketləri olan sualtı qayıq göndərib.

İranın cavabı

İran HƏMAS lideri İsmayıl Haniyənin ötən ayın sonunda Tehrana səfəri zamanı öldürülüməsinə sərt cavab verəcəyinə söz verib. İran onun öldürülüməsinə görə İsraili günahlandırır. İsrail əli olduğunu nə inkar nə də təsdiq edib.

Hizbullah da İsrailin ötən ay Beyrutda yüksək səviyyəli Hizbullah komandirini öldürməsinə cavab verməklə hədələyib.

visiontv.az



Избранный
100
4
visiontv.az

9Источники