RU

Mərkəzi Bank “Paşa Bank”ın vəzifəli şəxsini cərimə etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Paşa Bank" ASC-nin vəzifəli şəxsini 1 500 manat məbləğində cərimə edib.
 Bu barədə AMB məlumat yayıb.
 Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “Paşa Bank” ASC-nin vəzifəli şəxsi 1 500 (bir min beş yüz) manat məbləğində cərimə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
26
businesstime.az

10Источники