RU

Bakı 12 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanışlıq olub - FOTOLAR

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Əhməd Bakı 12 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanış olub və təşkilatın əldə etdiyi nailiyyətləri, qarşıda duran hədəfləri, vətəndaşlar arasında imzalanan barışıq sazişlərinin məzmunu üzrə kazusları müzakirə edib.

QHT.az xəbər verir ki, Bakı 12 saylı Mediasiya Təşkilatının rəhbəri Sevda Məhərrəmova təşkilatın gördüyü işlər və əldə etdiyi nailiyyətlər, eyni zamanda təşkilatın planlaşdırılan marketinq strategiyası barədə məlumat verib.

Görüşdə Bakı 12 saylı mediasiya təşkilatına üzv mediatorlar Esmira Hüseynova, Rzaqulu Hacıyev, Fərid Məmmədzadə, Vəfa Qədirova və Zülfüqar Niftiyev iştirak edib. Mediatorlar mediasiya sahəsində barışıq sazişlərinin keyfiyyətli məzmununa dair fikirlərini bildirib və mediator kimi təşkilatla səmərəli əməkdaşlıqlarını, həmçinin təşkilatın keyfiyyətli mediasiya proseslərinin aparılması üçün gördüyü işləri qeyd ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
4
qht.az

5Источники