RU

Vəkil külli miqdarda dələduzluq ittihamı ilə həbs olundu

Yayımlandı: 28 Avqust 2024 20:09 Vəkillər Kollegiyası bu ittihamlara görə Fuad Əliyevin fəaliyyətini dayandırdığını deyir “Femida” vəkil bürosunda fəaliyyət göstərən vəkil Fuad Əliyev dələduzluq ittihamı ilə həbs olunub. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun haqqında həbs qətimkan tədbiri seçilib. Fuad Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onun işi üzrə zərərçəkmiş qismində tanınan şəxsin öz tanışı olduğu bildirilir. Vəkil onu iş düzəltmək adı ilə aldadaraq, pulunu ələ keçirməkdə təqsirləndirilir. Meydan TV-nin əldə etdiyi məlumata görə, vəkildən şikayətçi olan başqa zərərçəkənlər də var. Vəkillər Kollegiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, Fuad Əliyevdən bu quruma da şikayətlər daxil olub. Elə həmin şikayətlər əsasında da Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu il mayın 17-də onun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Təxminən iki ay sonra – 10 iyul 2024-cü ildə isə onun Vəkillər Kollegiyasından çıxarılması üçün məhkəməyə müraciət olunmasına qərar verilib. Hazırda bu məsələyə məhkəmədə baxılır.Fuad Əliyevin ona qarşı irəli sürülmüş ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
xural.com

1Источники