RU

®“AccessBank”dan “Google Pay” istifadəçilərinə keşbek kampaniyası

®“AccessBank”dan

Sizin yerli Avropa bankınız “AccessBank” ölkədə nağdsız ödənişlərin təşviqi və müştərilərə rahat maliyyə həllərindən istifadə imkanlarını yaratmaq məqsədilə “Google Pay” rəqəmsal cüzdandan istifadə edənlər üçün xüsusi keşbek kampaniyası təqdim edir.

Kampaniya çərçivəsində “Google Pay” vasitəsilə minimum 10 AZN dəyərində birinci əməliyyat üzrə bütün müştərilərə 2 AZN keşbek ödənilməsi təmin ediləcək. Kampaniya 22.08.2024-cü il tarixindən 31.10.2024-cü il tarixinədək qüvvədir.

Kampaniyaya qoşulun, “Google Pay” və “AccessBank” ilə alış-verişlərinizdən faydalanın!

“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng edə, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.

“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
14
azertag.az

10Источники