RU

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir

Avqustun 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, iclasın gündəliyinə MSK-nın avqustun 28-də keçirilən iclasının protokolunun təsdiq edilməsi, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə Ağ Partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınması, Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılması və cari məsələlər daxil edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
26
ilk.az

10Источники