Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Sahib Bağırov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan SİA-ya verilən məluma görə, onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri və 5 kiloqram marixuana aşkarlanıb.
Bundan əlavə, son 1 ay ərzində polisin keçirdiyi əməliyyatlar nəticəsində narkotiklərlə əlaqəli daha 7 nəfər saxlanılıb. Bu tədbirlər zamanı müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.