Bazar ertəsi Ukraynada F-16 qəzaya uğrayıb.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Wall Street Journal” nəşri Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Qəzet yazır ki, bu, Rusiyanın Ukraynaya kütləvi raket hücumu zamanı baş verib. Ukrayna rəsmilərindən isə heç bir açıqlama verilməyib.
Məlumata görə, bu müharibədə Ukraynanın ilk F-16 itkisidir”.
KİV-in məlumatına görə, ABŞ rəsmisi bildirib ki, F-16 qırıcı təyyarəsi Amerika istehsalı olan ilk təyyarə Ukraynaya çatdıqdan bir neçə həftə sonra – bazar ertəsi təyyarə qəzasında məhv edilib.
Rəsmi əlavə edib ki, ilkin məlumatlara görə, hadisənin özü Ukraynadakı hədəflərə kütləvi raket hücumu zamanı baş versə də, təyyarə düşmən tərəfindən vurulmayıb. Çox güman ki, qəza pilotun səhvi nəticəsində baş verib. Eyni zamanda, Rusiya son günlər F16 aeredromlarını və mərkəzlərini bir-bir hədəf alır.
Həmçinin dünən Ukraynanın ilk F-16 pilotlarından biri, polkovnik-leytenant Aleksey Sergeyeviç Mesinin eyni gündə öldüyü məlum olub.
Rafi Müslümov