Yayımlandı: 30 Avqust 2024 14:25 Hazırda araşdırmaların davam etdirildiyi bildirilir Bakının Nəsimi rayonunda rejissor Elvin Adıgözəl velosipedlə vurub qaçan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, avqustun 25-də axşam saatlarında Elvin Adıgözəl qarşı hüquqazidd hərəkətlər edən E.Əsgərov, C.İsmayılov və Q.Abdullayev polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində müəyyən olunaraq saxlanılıblar. Elvin Adgözəl. Foto: Meydan TV Fakt üzrə Nəsimi Rayon Polis İdarəsində araşdırmaların davam etdirildiyi bildirilir. Elvin Adıgözəl avqustun 25-də axşam saat 10 radələrində üç velosipedçi tərəfindən vurulduğunu deyib. Nəticədə rejissorun qolu sınıb, müxtəlif bədən xəsarətləti alıb. Elvin Adıgözəl Meydan TV-yə hazırda müalicəsini evdə davam etdirdiyini bildirib. Meydan TV
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта