RU

Məlahət İbrahimqızı seçicilərinə müraciət etdi - FOTOLAR

Hörmətli 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə Sakinlər və Seçicilərim, 

Bugün, yəni 30 avqust tarixində 1 sentyabrda Respublikamızda Milli Meclisə keçiriləcək növbədənkənar seçkilərin təbliğat və təşviqat kampaniyası çərçivəsində görüşlərimi yekunlaşdırdım. Bu görüşlər haqqında Sizə hesabat verməyi özümə borc bilirəm.
Bugünkü görüşlərim 1-5-ci Mikrorayon ərazisində məhəllə görüşləri idi. Son görüş isə 44 günlük Vətən müharibəsində sağlamlığını itirmiş qəhrəman QAZİ-lərimizlə oldu. Görüşü bitirdikdən sonra isə Qazi Elnur Babayevin dəvəti və qonaqpərvərliyi ilə onların mənzilində bir daha səmimi ortamda çay süfrəsi ətrafında gözəl söhbət etdik. Unudulmaz bir görüş oldu.

Əziz Seçicilərim,
Məmnuniyyətlə bildirmək istəyirəm ki, keçirdiyimiz bütün görüşlərdən çox məmnun oldum. Bu görüşlərdə təkcə problemləri müzakirə etmədik, bu görüşlərdə mən də sizlərdən çox şeyləri öyrəndim. Sadəliyinizdən, zəhmətsevərliyinizdən, fədakarlığınızdan, Vətənsevərliyinizdən, səmimiliyinizdən, qonaqpərvərliyinizdən öyrəndim. Sizinlə hər görüşdən sonra Ulu Öndər Heydər Əliyevin “…Mən xoşbəxtəm ki, azərbaycanlıyam” sözlərini xatırladım. Hər birinizə bir daha keçirdiyimiz görüşlərdə mənə qarşı çox səmimi münasibət göstərdiyinizə görə çox təşəkkür edirəm. Haqqınızı halal etmənizi xahiş edirəm. Siz hər şeyin gözəlinə layiq insanlarsız. Var olasız.
Yaşasın Azərbaycan Xalqı.!!!
Allah bu seçkini də Vətənimiz, Dövlətimiz və Xalqımız üçün xeyirli etsin. Amin!

Nəhayət…Əziz Seçicilərim,
Bir daha hər birinizi bazar günü – 1 sentyabr tarixində seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının vahid namizədlərinə, eləcə də 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə namizəd Məlahət İbrahimqızına səs verməyi xahiş edirəm.
Öncədən hər birinizə təşəkkür edirəm.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
93
5
yenigundem.az

9Источники