RU

Rəsmi Bakı və Yerevan itkinlərə görə bir-birini ittiham edir

Yayımlandı: 30 Avqust 2024 14:22 Tərəflər bir-birini fəaliyyətsizlikdə qınayırlar Azərbaycan Xarici İşlər Nazirliyi 30 avqust Beynəlxalq İtkinlər Günündə keçmiş işğal və münaqişə zamanı itkin düşmüş vətəndaşlarımızın taleyinə işıq salmağın zəruriliyini bir daha bəyan edib. Nazirliyin yaydığı xəbərdə 4 minə yaxın azərbaycanlının itkin düşdüyü bildirilir: “Ərazilərimiz işğaldan azad edildikdən sonra çoxsaylı kütləvi məzarlıqların aşkarlanmasına baxmayaraq, Ermənistan itkin düşənlərin yerini açıqlamaqdan imtina edir. 4000-ə yaxın ailə on illərdir ki, yaxınlarını gözləyirlər və yaxınları haqqında məlumat almaq onların əsas hüququdur”. XİN hesab edir ki, beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün qəti addımlar atmalıdır: “Azərbaycan itkin düşən azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi istiqamətində səylərini davam etdirəcək”. Ermənistan Xarici İşlər Nazirliyinin Humanitar Məsələlər İdarəsinin rəisi Hayk Sarkisyan Beynəlxalq İtkin Şəxslər Gününə həsr olunmuş fotosərginin açılışında deyib ki, Azərbaycan hakimiyyəti itkin düşən erməni hərbçilərinin taleyinə aydınlıq gətirmək məsələsində fəaliyyətsizdir: “Təəssüf ki, Ermənistan cəmiyyəti də bu problemdən əziyyət çəkir. Azərbaycanın 2020 və 2023-cü illərdə Dağlıq Qarabağa təcavüzü nəticəsində ötən əsrin 90-cı illərinin yüzlərlə itkin düşməsi və məcburi itkin düşməsi hallarına yeniləri əlavə olunub. Üstəlik, sənədli və video sübutların mövcudluğuna baxmayaraq, Azərbaycan hakimiyyəti erməni hərbçilərinin taleyinə aydınlıq gətirmək məsələsində passivlik nümayiş etdirir”. “Bu kontekstdə Ermənistan problemi beynəlxalq strukturlara və məhkəmələrə təqdim etmək üçün bütün mümkün addımları atır, o cümlədən müəyyən şəraitdə zorla itkin düşmələrin beynəlxalq hüquqa görə insanlığa qarşı cinayət sayıla biləcəyini nəzərə alır”, – deyə Hayk Sarkisyan vurğulayıb. Meydan TV

Избранный
213
xural.com

1Источники