RU

SOCAR-ın obyektində güclü yanğın [Video]

SOCAR-ın Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb. Bu barədə axşam saatlarında FHN-in Mətbuat xidmətindən bildirilib. Hələlik, yanğında xəsarət alanların olub-olmaması barədə məlumat verilmir. +++ Bu gün, avqustun 30-da, günün ikinci yarısında Bakı şəhəri, Suraxanı rayonundakı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Nazirliyin açıqlamasına görə, yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb: “Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir”. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə deyilib ki, yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi – Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. Yanğının, hələlik, səbəbi açıqlanmır. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
xural.com

1Источники