RU

Büdcəli Redmi 14C smartfonu təqdim edilib - QİYMƏTİ

     Xiaomi-nin Redmi brendi qlobal bazarda büdcəli Redmi 14C smartfonunu təqdim edib. Bu smartfon keçən ilki Redmi 13C-nin davamçısıdır. Redmi 14C büdcəli smartfon olsa da,  özündə premium smartfon hissini yaradan dizaynı birləşdirir. Bununla yanaşı bu yeni smartfon böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Redmi 14C smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1640х720 piksel keyfiyyətli 6.88 düym ölçülü ekranla təchiz olunub.     Smartfon özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. Smartfonun NFC çipə sahib olub-olmaması onun satışa çıxacağı regiondan asılı olacaq. Redmi 14C MediaTek Helio G81 prosessoru vasitəsilə çalışır və 4/6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP-lik əsas arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 18 vatt gücündə sürətli şarj texnologiyalı 5150 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi 14C yaxın günlərdə satışa çıxmalıdır. Onun qiyməti 120$-dan start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
technote.az

1Источники