RU

“Boeing”in kosmik missiyası uğursuzluqla üzləşib

“Boeing”in

Bakı, 31 avqust, AZƏRTAC

Son vaxtlar təyyarə istehsalı sahəsində ciddi problemlərlə qarşılaşan “Boeing” şirkəti NASA-nın xətti ilə təşkil etdiyi kosmik missiyada da uğursuzluqla üzləşib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, NASA cümə günü “Boeing”in nasaz “Starliner” kapsulundakı iki astronavtı Beynəlxalq Kosmik Stansiyada (BKS) yerləşdirmək üçün qarşıdan gələn “SpaceX” uçuşu üzrə iki ekipaj üzvünü onlarla əvəz edəcək.

NASA astronavtları Batç Uilmor və Sani Uillyams iyun ayında “Starliner” kosmik gəmisinin göyərtəsində uçan keçmiş hərbi sınaq pilotları, “SpaceX” missiyasından olan Zena Kardmen və Stefanie Uilsonu əvəz edəcəklər.

NASA rəsmiləri keçən həftə “Starliner”in hərəkət sistemi ilə bağlı problemləri araşdırıb və kosmik gəminin ilk ekipajını evə gətirmək üçün onu çox riskli hesab edib. Bununla da “Boeing”in kosmik proqramına böyük zərbə vurulub.

“SpaceX” şirkətinin ilkin olaraq avqustun 18-də BKS-ə dörd astronavtı göndərməyə hazırlaşdığı “Crew Dragon” kosmik gəmisinin “Crew-9” adlandırılan missiyası NASA tərəfindən sentyabrın 24-dən sonra kosmosa göndəriləcək. NASA-nın yaydığı məlumatda deyilir ki, əvvəlcə missiyanın komandiri seçilən Kardmen və missiya mütəxəssisi Uilson gələcək missiyalara təyinat alacaqlar.

Nik Heyq və “Roskosmos”un kosmonavtı Aleksandr Qorbunov ekipajın bir hissəsi olaraq missiyalarına davam edəcək və 2025-ci ilin fevralında Uilmor və Uillyams ilə geri uçacaqlar.

Kosmik agentliyin bildirdiyinə görə, əvvəlcə pilot kimi təyin edilmiş Heyq indi komandir vəzifəsini tutacaq, Qorbunov isə missiya mütəxəssisi rolunu qoruyacaq.

NASA-nın bu qərarı dünyanın nəhəng təyyarə istehsalçısını pis vəziyyətə salıb. Belə ki, “Boeing” kosmosdakı ümidlərini “Starliner” sınaq missiyasının müvəffəqiyyətinə bağlayaraq, illərlə davam edən inkişaf problemlərindən xilas olmağa ümid edirdi.

Избранный
200
5
azertag.az

10Источники