RU

Premyer Liqa: "Neftçi" Şamaxıda xal itirib

Avqustun 31-də Azərbaycan Premyer Liqasında V turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, "Şamaxı" doğma meydanda "Neftçi"ni qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra "Şamaxı" 5 xalla 7-ci yerdə qalıb. Xallarını 4-ə çatdıran "Neftçi" isə 8-ci pilləyə yüksəlib.

Günün ikinci matçında “Kəpəz” Tovuz şəhər stadionunda “Sabah”ı qəbul edəcək. Oyun 19:30-da start götürəcək.

Aktivində xalı olmayan Gəncə təmsilçisi 10-cu, bakılılar isə 7 xalla 2-ci sırada yer alıb.

Qeyd edək ki, tura sentyabrın 1-də keçiriləcək “Zirə” - “Qarabağ” matçı ilə yekun vurulacaq. Turun əvvəlki oyunlarında “Turan Tovuz” evdə “Səbail”i, “Araz-Naxçıvan” isə səfərdə “Sumqayıt”ı məğlub edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
8
sia.az

7Источники