Sumqayıt şəhərində 101 yaşlı seçici səs verib.
Publika.az xəbər verir ki, 44 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə qeydiyyatda olan ən yaşlı seçici, 1923-cü il təvəllüdlü Zəri Həsən qızı Xudiyeva səsvermə hüququndan istifadə edib.
Qeyd olunub ki, Zəri Xudiyevanın evinə həmin dairənin 16 saylı seçki məntəqəsindən daşınan seçki qutusu aparılıb və o, səs verib.