RU

Növbədənkənar parlament seçkisi: İki milyondan çox seçici səsvermə hüququndan istifadə edib

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə ümumi seçici fəallığı açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.
 
O qeyd edib ki, 19:00-da yekunlaşan səsvermədə həmin saata qədər 2 milyon 196 min 771 nəfər səsvermə hüququndan istifadə edib. 5 895 seçki məntəqəsi protokolları MSK-ya təqdim edib.
 
Qeyd edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçki keçirilib.
 
Parlament seçkisi üçün sentyabrın 1-i səhər saat 8:00-da açılan seçki məntəqələri 19:00-da bağlanıb. Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
 
Xatırladaq ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Избранный
96
12
moderator.az

10Источники