Sentyabrın 2-də saat 00:00 radələrində Göyçay şəhəri ərazisində Murad Abdullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “İki sahil”ə bildirilib ki, nəticədə sərnişin, 2003-cü il təvəllüdlü Rəşad Süleymanov sınıq xəsarətləri alıb.
Sürücü, eləcə də digər üç sərnişin tibbi yardım alaraq ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.