RU

Əlcəzairdə Mərakeşin maraqları naminə casusluq edən şəbəkə aşkarlanıb

Əlcəzairdə Mərakeşin maraqları naminə casusluq edən şəbəkə aşkarlanıb

Əlcəzairin təhlükəsizlik xidməti Tlemcen şəhərində keçirilən əməliyyat zamanı Mərakeşin maraqları naminə dövlət təhlükəsizliyini pozmaq üçün qanunsuz fəaliyyətlər həyata keçirən casus şəbəkənin yeddi üzvünü saxlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə AL24news informasiya portalı məlumat yayıb.

Saxlanılanlar arasında üç əlcəzairli, həmçinin ölkəyə qanunsuz daxil olmuş dörd Mərakeş vətəndaşı var. Onlar Əlcəzairin inzibati qurumlarına və təhlükəsizlik orqanlarına ziyan vurmaq məqsədilə bu işə cəlb ediliblər.

Həbslər sentyabrın 7-də Əlcəzairdə keçiriləcək növbədənkənar prezident seçkilərinə az qalmış həyata keçirilib.

Mənbə: AZƏRTAC

Избранный
108
2
ilk.az

10Источники