RU

Parlamentdə müxalifəti onlar təmsil edəcək - SİYAHI

Azərbaycanda parlament seçkiləri dünən yekublaşıb. Artıq ilkin nəticələr məlumdur. Seçilənlər arasında xeyli tanış simalarla, yanaşı yeni deputatlar da mövcuddur.

Bir sıra müxalif partiyaların namizədləri də parlamentə seçilib.

AZXEBER.COM xəbər verir ki, Modern.az parlamentə mandat qazanan partiyaların namizədlərini araşdırıb.

Deputat seçilən müxalif partiyaların nümayəndələri aşağıdakılardır:

 

Deputat

Partiya mənsubiyyəti

Seçki dairəsi

Topladığı səs

Asim Mollazadə

Demokratik İslahatlar Partiyası (DİP)

22 saylı Nəsimi-Yasamal seçki dairəsi

8 min 180 səs (58 faiz)

Fazil Mustafa

Böyük Quruluş Partiyası (BQP)

26 saylı Sabunçu birinci seçki dairəsi

 8 min 651 səs (49,5 faiz)

Qüdrət Həsənquliyev

Ədalət, Hüquq və Demokratiya Partiyası (ƏHD)

36 saylı Xətai-Suraxanı seçki dairəsi

9 min 55 səs (53,1 faiz)

Elşən Musayev

Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)

116 saylı Qəbələ seçki dairəsi

10 min 432 səs (52,5 faiz).

Elşad Musayev

Böyük Azərbaycan Partiyası (BAP)

10 saylı Binəqədi üçüncü seçki dairəsi

 11 min 576 səs (57 faiz)

Tənzilə Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

70 saylı Neftçala seçki dairəsi

5707 səs (45.4 faiz)

Fəzail İbrahimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

73 saylı Masallı-Cəlilabad seçki dairəsi

10 min 57 səs (50,6 faiz)

Elçin Mirzəbəyli

Ədalət, Hüquq və Demokratiya Partiyası (ƏHD)

90 saylı Ağsu seçki dairəsi

10 min 531 səs (51,5 faiz)

Günay Ağamalı

Ana Vətən Partiyası (AVP)

65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi

10 min 282 səs (50,4 faiz)

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqalal Partiyası (AMİP)

27 saylı Sabunçu ikinci seçki dairəsi

7 min 114 səslə (43,5 faiz)

Rəfail Hüseynov

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi

10 min 985 səs (52,8 faiz

Razi Nurullayev

Milli Cəbhə Partiyası (MCP)

81 saylı İmişli seçki dairəsi 

 8 min 300 səs (48,4 faiz)

Erkin Qədirli

Respublikasçı Alternativ (REAL) Partiyası

16 saylı Yasamal ikinci seçki dairəsi

 6 min 498 səs (49,4 faiz)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
1
azxeber.com

5Источники