RU

Ukraynanın üç rayonu işıqsız qalıb

Ukraynanın üç regionunda istehlakçılar üçün elektrik enerjisinin verilişi kəsilib.

Bu barədə “Ukrenergo” milli şirkəti öz Telegram kanalında məlumat yayıb.

Texniki səbəblərə görə Kirovoqrad, Sumı və Çerniqov vilayətlərində istehlakçıların enerjisi kəsilib. Bundan əlavə, Zaporojye vilayətinin Kiyevin nəzarətində olan ərazilərində elektrik enerjisinin verilişində fasilələr müşahidə olunur.

“Ukrenerqo” xəbər verir ki, Ukrayna sentyabrın 2-də gün ərzində Slovakiya, Polşa, Macarıstan, Rumıniya və Moldovadan ümumi həcmi 11 972 MVt/saat elektrik enerjisi idxal edir. 

Sentyabrın 1-də Kiyev, Dnepr (Dnepropetrovsk), həmçinin Ukraynanın Jitomir, Kirovoqrad və Sumı vilayətlərində elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq olunduğu bildirilib.

Avqustun 26-da Rusiya Ukraynanın enerji obyektlərinə iri raket və dronlarla hücum edib. Bütün ölkə ərazisində elektrik və suda fasilələr yaranıb, üstəlik, dəmir yollarının fəaliyyəti pozulub, Kiyev su elektrik stansiyası zədələnib.

 

Daha əvvəl bildirilib ki, onlar Ukraynada enerji obyektlərinin zəif mühafizəsinə görə “Ukrenerqo”nun rəhbərini işdən çıxarmaq istəyirlər.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
130
18
oxu24.com

10Источники