RU

ABŞ və SDF terror təşkilatı arasında birgə əməliyyat keçirildi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) terror təşkilatının uzantısı olan Suriya Demokratik Qüvvələri (SDQ) ilə birgə həyata keçirilən əməliyyatda DEAŞ liderlərindən Xalid Əhməd əl-Dəndalın (Xalid Əhməd Əl Dandal) ələ keçirildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Yaxın Şərqdəki hərbçilərinə cavabdeh olan CENTCOM açıqlamasında bildirib ki, ələ keçirilən İŞİD liderinin Suriyadakı Rakka İstintaq Təcridxanasından qaçdıqdan sonra İŞİD terrorçularına kömək etdiyi qiymətləndirilib.

Açıqlamaya görə, DEAŞ lideri Sentyabrın 1-i səhər saatlarında CENTCOM qüvvələri və terror təşkilatı PKK/YPG-nin davamı olan Suriya Demokratik Qüvvələri (SDQ) ilə birgə həyata keçirilən əməliyyatda ələ keçirilib.

CENTCOM-un açıqlamasında bildirilir ki, avqustun 29-da həbsdə olan 5 İŞİD üzvü, ikisi rus, iki əfqan və bir liviyalı Rakka İstintaq Təcridxanasından qaçıb.

Açıqlamaya görə, onlardan ikisi SDQ tərəfindən əsir götürülüb. Qaçan digər 3 DEAŞ üzvünün tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.

"DAEŞ-in əsas məqsədi saxlanılan döyüşçülərin azad edilməsini və DEAŞ-ın dirçəldilməsini təmin etməkdir. CENTCOM qüvvələri SDG ilə koordinasiyada gələcəkdə mümkün qaçış təhlükələrinin təsirini azaltmağa və DEAŞ-ın daimi məğlubiyyətini təmin etməyə davam edəcək. "

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
4
turkustan.az

9Источники