RU

Üstünə ağac düşən Lerik sakini ölüb

Lerik rayonunda bədbəxt hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerik rayon Kaqo kənd sakini, 1973-cü il təvəllüdlü İlham Mikayıl oğlu Əliyev səhər sübhdən odun yığmaq üçün meşəyə gedib. Odun yığarkən irigövdəli çürümüş ağac onun üstünə aşıb. İ.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
14
dogru.az

10Источники