RU

“Paris-2024”: Lamiyə Vəliyeva Paralimpiya çempionu olub

“Paris-2024”: Lamiyə Vəliyeva Paralimpiya çempionu olub

Azərbaycan paraatleti Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, T13 kateqoriyasında çıxış edən idmançı buna 100 metr məsafəni 11,76 saniyəyə qət edərək nail olub.

Bununla da “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı yeni dünya rekordunu müəyyənləşdirib.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
14
ilk.az

10Источники