RU

"Sənətkara 200 manat, sənəti olmayana 20 min verirlər"

Bu gün, 19:44



“Elə bir zəmanəyə gəlib çatmışıq ki, sənətkara dəyər verən yoxdur. Toyda sənətkara 200-300 manat, sənəti olmayana 20 min manat verirlər”.Bu sözləri Yenicag.az-a açıqlamasında gənc muğam ifaçılarının yetişməsində böyük rol oynayan pedaqoq, Azərbaycan muğamını dünyada təmsil və təbliğ edən ustad xanəndə Sabir Abdullayev deyib.O, son vaxtlar “toy məktəbi” deyən, amma o məktəbdən heç xəbəri olmayan bayağı oxuyanlarla bağlı tənqidi fikirlər səsləndirib. Xanəndə müğənninin toyda yetişməsi ilə bağlı səslənən fikirlərə qarşı çıxıb:“Son vaxtlar toylarda oxuyan, daha doğrusu, oxumaq istəyənlər “toy məktəbi”ndən dəm vururlar. Özlərini mükəmməl sənətkar hesab edirlər. O “toy məktəbi” deyənlərin iştirak etdiyi toylara gedib baxanda bir dənə Azərbaycan musiqisinə rast gəlmirsən. Mən bilmirəm, heç orada səslənən mahnılar haranın “məktəbinə” aiddir.Məsələn, əgər xanəndə muğamları bilmirsə, o gedib Nardaran toyunda oxuya bilməz. Muğamı bilən, məktəb keçən xanəndə gedib, o toylarda oxuyur. Toyxana xanəndəni yetişdirmir, xanəndənin toya qədər gərək savadı olsun. Götürək, Opera Teatrını. Deyirlər, Opera Teatrı xanəndəni yetişdirir. Səsi olan, amma savadsız bir adamı aparaq, oxusun “Leyli Məcnun” operasında. Oxuya bilməyəcək. Buna görə də məktəb keçib, sonra gedib həmin Opera Teatrında çıxış edir.Bir oyunçunu yetişdirirsən, sonra gedib futbol oynayır. Tam yetişdirə bilməsən, onu həmin komandaya buraxmırlar. Toy da belədir, xanəndə yetişir, məktəb keçir, savad alır, sonra gedib toyda məharətini göstərir. Bəzi özündən deyənlər “toy məktəbi” deyə-deyə sinəsinə döyür. Onlara musiqidən bir sual versəm, heç biri cavab verə bilməyəcək. Əgər toy məktəbdirsə, niyə musiqidən sual verəndə cavab verə bilmirlər? Hamısının oxuduğu “rakka-çukka”dan o yana keçmir. Nə mahnı mahnıdır, nə də sözləri söz. Ancaq məqsəd pul qazanmaqdır.Elə bir vaxta zəmanəyə gəlib çıxmışıq ki, yaxşı sənətkara qiymət verən yoxdur. O məşhur xanəndələrin ayda bir, ya iki toyu ola, ya olmaya. Onları da “öpüş”lə yola salırlar, ya da 200-300 manatla yola salırlar. Səsi, sənəti olmayanlara 10-20 min verib məclislərinə aparırlar. Heç onları qınamıram da. Yaxşı edirlər. Çünki elə adamlardan nə qədər lazımdır, pul alınmalıdır”.скачать dle 12.1

Избранный
7
avromedia.az

1Источники