RU

Bürünc mükafatçı: Növbəti Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmağı hədəfləyirəm

Bakı, 4 sentyabr, AZƏRTAC

“Növbəti Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmağı hədəfləyirəm”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan parataekvondo üzrə Azərbaycan millisinin üzvü Sabir Zeynalov jurnalistlərə açıqlamasında deyib. O, yarış zaman etdiyi səhvlərin üzərində işləyəcəyini bildirib: “Psixoloji olaraq çox yaxşı vəziyyətdə idik. Məqsədim qızıl medal qazanmaq idi. Təəssüf ki, bəzi səhvlərə görə alınmadı. Görüş zamanı iki dəfə cərimə aldım və son saniyələrdə isə çatdıra bilmədim. İnanıram ki, “Los Anceles-2028” Yay Paralimpiya Oyunlarında Azərbaycanı sevindirəcəyəm”. Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal (1qızıl və 1 bürünc) əldə ediblər. İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kiloqram) 1/4 finala kimi irəliləyib. Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü sırada isə Böyük Britaniya komandası yer alıb. Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
1
azertag.az

2Источники