RU

VI çağırış Milli Məclisin deputatı Ramil Həsən Ucar rayonundan qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələrlə görüşüb


Azərbaycan Respublikası VI çağırış Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Ramil Həsən uğur qazanan gəncləri və onların valideynlərini təbrik edərək qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin öndərliyi və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələr qazanmasını şərtləndirir. O gənclərə bundan sonra da diqqət və qayğını əsirgəməyəcəyini hər tərəfli dəstəyi göstərəcəyini bildirərək tutduqları yolda dövlətimizin milli maraqları, ölkə rəhbərimizin həyata keçirmiş olduğu siyasət istiqamətində sədaqətli və uğurlu yol diləyib. Hər zaman yanlarında olacağını bildirmiş, tələbəlik illərində ixtisaslarını gözəl öyrənmələri ilə yanaşı, gənclər siyasətinin fəal iştirakçıları olmağı da tövsiyə edib.

Görüşdə Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayevada iştirak edib.

Sonda yüksək bal toplayan tələbələrə  qiymətli hədiyyələr təqdim edilib.
 







 

Избранный
62
2
7news.az

6Источники