RU

Fövqəladə hallar könüllülərinin növbəti təlim düşərgəsi fəaliyyətə başladı

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə Şamaxı şəhərində fövqəladə hallar könüllülərinin növbəti təlim düşərgəsi fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, düşərgənin açılış mərasimində FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi polkovnik-leytenant Kənan Aşurov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının layihələr üzrə meneceri Ayxan Allahverdiyev, FHN-in məsul vəzifəli əməkdaşları və fövqəladə hallar könüllüləri iştirak ediblər.

Əvvəlcə, tədbir işirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra Şamaxı Olimpiya Mərkəzində təşkil olunmuş düşərgənin açılış mərasimində Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi polkovnik-leytenant Kənan Aşurov Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə gənclərə göstərdiyi diqqət və qayğının əhəmiyyətindən bəhs edib, vətənpərvər və yüksək intellektli gəncliyin yetişdirilməsi istiqamətində gördüyü misilsiz işlərdən söz açıb. O, həmçinin bildirib ki, Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən mütərəqqi və genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə yüksək mənəvi keyfiyyətlərə malik sağlam gənclik formalaşıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə könüllülük hərəkatının təşəkkül tapması və inkişafı sahəsində gördüyü əvəzsiz işlər böyük əhəmiyyətə malikdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
5
publika.az

6Источники