Nazirlik “Bravo” haqqında 2-ci dəfə protokol tərtib edib – SƏBƏB
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinin – “Bravo” supermarketlərinin sahibi olduğu “Azərbaycan Supermarket” MMC (VÖEN - 1403051411) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protkol tərtib edib.Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, avqust ayının 26-da tərtib edilən protokola görə “Azərbaycan Supermarket” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.Belə ki, “Azərbaycan Supermarket” MMC qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.Məlumat üçün bildirək ki, məhsulunu üzərində göstərilən qiymətdən baha satdığı üçün bu ilin may ayında da “Azərbaycan Supermarket” MMC barəsində protokol tərtib olunub.
Xəbərin oxunma sayı :
112
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта