RU

“İstanbula getmişdim, nə qədər evlilik təklifi aldım” - aktrisa Sonaxanım

“Mən də sevib ailə qurmuşam, alınmayıb. Kaş indiki ağlım o zaman olardı. Sevgi insanın gözünü kor edir. Bəzən görürük xasiyyətimiz uyğun gəlmir, deyirik, ailə qursaq, düzələr”.Bu sözləri aktrisa Sonaxanım Əliyeva “Elgizlə izlə” verilişində deyib.Keçmiş həyat yoldaşından danışan sənətçi bunları söyləyib: “Sevdiyim insana əziyyət verirəm. Kaprizlərimi göstərirəm. Onu sınaqdan keçirmək istəyirəm ki, həqiqətənmi mənə qarşı dürüstdür, ya yox. Bu, evliliyimə qədər olan ərəfədə idim. Həyat yoldaşım il yarım arxamca sürünüb, üzünü də baxmamışam”.İstanbula istirahətə yollanan aktrisa bahalıqdan şikayətlənib: “Hamının gözü məndədir. İstanbulda istirahətə getmişdim, çox bahalıqdır. Orada nə qədər evlilik təklifi aldım. Amma istəmədim. Mən heç bir sözü ciddiyə almıram. İndi xanımı səhnədə görüb, ailə qururlar. Sonra deyirlər ki, oxuma”. / axşam.az

Избранный
127
1
millishow.az

2Источники