RU

Danimarkada elektriklə işləyən avtomobillərin sayı açıqlanıb

Bakı. Trend:

Danimarkada elektriklə işləyən avtomobillərin ümumi minikavtomobil parkında xüsusi çəkisi ilk dəfə olaraq 10 faizi ötür.

Trend xəbər verir ki, bu barədə “Mobility” avtomobilidxalçılarının ticarət assosiasiyasının məlumatında bildirilir.

Avqustda ölkədə 7050 yeni elektrik avtomobili satılıb ki, bu daaylıq avtomobil satışının 55 faizini təşkil edib.

“Mobility”nin idarəedici direktoru Mads Rörviqin sözlərinə görə,Danimarkadakı vergi güzəştləri daha çox danimarkalını elektrikavtomobilləri seçməyə təşviq edib. Eyni zamanda, hazırda kifayətqədər gediş ehtiyatı olan bir sıra elektrik avtomobili var, onlarınbəziləri isə qiymət diapazonlarında əlçatandır, bu da vacibdir.“Alıcıların gediş ehtiyatı ilə bağlı narahatçılığı tezliklə yoxolacaq, çünki şarj stansiyaları daha çox olacaq və avtomobillərdaha uzun müddət sürə biləcəklər”, - deyə Mads Rörviq qeydedib.

Önümüzdəki illərdə Danimarkada elektrikli avtomobillərin satışıdaha da artacaq. Çünki Aİ-nin qərarına əsasən, 2035-ci il yanvarın1-dən etibarən Avropa İttifaqında yalnız sıfır karbon qazıemissiyası olan avtomobillər istehsal edilməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
7
az.trend.az

8Источники