RU

Putin “Telegram”ın yaradıcısından şikayətçi olmadıqlarını deyir

Yayımlandı: 5 Sentyabr 2024 12:51 “Bizim ona qarşı heç bir narazılığımız olmayıb” Rusiya hakimiyyətinin “Telegram”ın yaradıcısı Pavel Durova qarşı heç bir şikayəti olmayıb.Bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib. “Bizim ona qarşı heç bir narazılığımız olmayıb”, – Putin Durovdan danışarkən deyib. Rusiya dövlət başçısı onu da bildirib ki, “Telegram”ın yaradıcısı ilə uzun illər əvvəl Moskvada cəmi bir dəfə görüşüb. Pavel Durov bir neçə ay öncə ABŞ şərhçisi Taker Karlsona müsahibəsində bildirmişdi ki, 2011 və 2013-cü ildə Rusiya hakimiyyəti ilə əməkdaşlıq etmədiyi üçün vaxtilə ona Kreml rəsmiləri tərəfindən yaratdığı “VK” sosial şəbəkəsinin səhmlərini sataraq ölkəni tərk etməsi şərti qoyulub. Durov bundan sonra Rusiyanı tərk etmək məcburiyyətində qalıb. Hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayan Durov bildirib ki, bura onun üçün neytral zonadır və “Telegram” istifadəçilərinin şəxsi məlumatlarının üçüncü şəxslərə ötürülməsi ilə bağlı BƏƏ rəsmilərindən sərt təpkilər almır. Durov “Telegram”ın loqosundakı kağız təyyarəni də söz azadlığı, insanların şəxsi sərhədlərinin qorunmasını simvolizə edən işarə kimi mənalandırır. Pavel Durov. Foto: Reuters Pavel Durov 2024-cü il avqustun 24-ü axşam saatlarında Paris hava limanında saxlanılıb. “Politico”nun məlumatına görə, Fransa hakimiyyəti Durov haqqında həbs qərarını 2024-cü il martın 25-də verib. Eyni zamanda onun qardaşı, “Telegram”ın həmtəsisçisi Nikolay Durov barəsində həbs qərarı çıxarılıb. Həbs orderləri “yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanması, yayılması və ya onlara çıxış təklifində iştirak” üçün verilib. Avqustun 26-da günortadan sonra Fransa prokurorluğu 12 cinayətlə bağlı naməlum şəxslərə qarşı istintaq aparıldığı barədə mətbuata açıqlama yayıb. Onların arasında səlahiyyətli orqanların tələbi ilə məlumat verməkdən imtina, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında iştirak, narkotik vasitələrin yayılmasında iştirak, haker proqramlarının yayılmasında şəriklik var. Avqustun 29-da Durov beş milyon avro depozit qarşılığında zaminə buraxılıb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
xural.com

1Источники