2024-cü ilin yayı dünyada "ən isti yay" olaraq qeydə alınıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Kopernik peyk izləmə sistemi açıqlayıb.
Açıqlamaya görə, 2024-cü ilin avqust ayı 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə qalxaraq dünyanın ən isti avqustu olub.
Bu ilin iyun-avqust aylarında dünya üzrə ölçülən temperatur 1991-2020-ci illərin orta göstəricisini 0,69 dərəcə, 2023-cü ilin iyun-avqust aylarındakı rekordu isə 0,66 dərəcə ötüb.
Belə ki, bu yay qlobal miqyasda “ən isti yay” kimi xarakterizə edilib.
2024-cü il həm də 1991-2020-ci illərin orta göstəricisini 1,54 dərəcə, 2022-ci ildəki əvvəlki rekordu isə 1,34 dərəcə üstələyərək Avropa üçün "ən isti yay" olub.
Bu yay Avropada temperatur cənub və şərqdə orta səviyyədən yuxarı, lakin İrlandiya və İngiltərənin şimal-qərbində, İslandiyada, Portuqaliyanın qərb sahilində və Norveçin cənubunda orta səviyyədən aşağı olub.
Avropadan kənarda Antarktidanın şərqində, Texasda, Meksikada, Kanadada, Afrikanın şimal-şərqində, İranda, Çində, Yaponiyada və Avstraliyada temperatur orta səviyyədən yuxarı qeydə alınıb.
Rusiyanın şərqində və Alyaskada, ABŞ-ın şərqində, Cənubi Amerikanın cənubunda, Pakistanda və Sahel bölgəsində temperatur orta səviyyədən aşağı qeydə alınıb.
2024-cü ilin yayı Avropanın qərbində və şimalında orta səviyyədən daha rütubətli olub, Aralıq dənizi regionunun böyük hissəsi və Şərqi Avropa isə mövsüm boyu orta şəraitdən daha quru olub.
Hesabatda Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktor müavini Samanta Burgessin aşağıdakı ifadələri yer alıb:
"Son üç ayda dünyada ən isti iyun və avqust, rekord tarixlərin ən isti günü və ən isti yayı yaşanıb. Bu rekord temperatur silsiləsi 2024-cü ilin ən isti il olacağı ehtimalını artırır. Bu yay istixana qazlarının emissiyalarını azaltmaq üçün təcili tədbirlər görməsək. Şahid olduğumuz istiliklə bağlı ekstremal hadisələrin insanlar və planet üçün daha dağıdıcı nəticələri olacaq".
Murad Məmmədli