RU

Bizim Lütfi Zadə…

Yeddi il bundan əvvəl dil-dil ötüb Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsindən narazı olanları yəqin ki, xatırlayırsınız. Az qalırdılar ki, dəridən-qabıqdan çıxsınlar. Nəticə nə oldu? Vətən öz ünlü oğluna yer ayırıb ağuşuna aldı, övladına simsar çıxdı. Necə deyərlər, yenə də yamanlıq qaraguruha qaldı…

Lütfi Zadə ömür boyu Azərbaycanda olmasaydı da belə, son nəfəsində etdiyi vəsiyyəti ilə böyük azərbaycanlı olduğunu sübut etdi…

Bəli, sentyabrın 6-sı Lütfəli Rəhim oğlu Ələsgərzadənin- Lütfi Zadənin vəfatından yeddi il ötür.

Ruhu şad olsun!

Ehtiramla, Elman Eldaroğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
3
modern.az

2Источники