Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Birbaşa” və “Aznur” komandaları bu gün növbəti oyunlarını keçirəcəklər.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, ötən mövsüm ölkə çempionatını ikinci pillədə başa vuran “Aznur” Ukraynanın “Andezit Xust” kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Son ölkə çempionu “Birbaşa” isə Çexiyanın “Brno” komandası ilə münasibətlərini aydınlaşdıracaq. Matçın start fiti saat 21:00-da səslənəcək.
Qeyd edək ki, ”Aznur” ötən gün “Fransanın "Bayonna" komandasına 2:1 hesabı ilə qalib gəlib, “Birbaşa Bakı” isə İspaniya “Malaqa”sı ilə heç-heçə edib – 2:2.
Mənbə: AZƏRTAC