RU

Formula 1: Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ün əsas hazırlıq mərhələlərindən biri olan Uniforma və Akkreditasiya Mərkəzi artıq fəaliyyətə başlayıb. 

Bu barədə “XQ”yə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. 

Azərbaycan Qran Prisi 2024-ün təşkilinə cəlb olunacaq əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri bu mərkəzə gələrək akkreditasiya kartları və uniformalarını əldə edə bilərlər. Yarışa qədər 28 minə yaxın akkreditasiya və formanın verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 19 avqustdan etibarən fəaliyyət göstərən Uniforma və Akkreditasiya Mərkəzinə 100-dən artıq könüllü cəlb edilib. Mərkəz fəaliyyət göstərdiyi müddətdə onlar qeydiyyat, akkreditasiya kartlarının hazırlanması, uniformaların verilməsi və sair kimi rolları yerinə yetirəcəklər.

Xatırladaq ki, bu il könüllü olmaq üçün 16 minə yaxın müraciət daxil olub və onlardan 2 minə qədər könüllü yarışın təşkilinə cəlb olunub.

Qeyd edək ki, bu il Bakının 8-ci dəfə ev sahibliyi edəcəyi Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024 13-15 sentyabrda baş tutacaq.

L.QURBANOVA
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
8
xalqqazeti.az

9Источники