Ötən il atmosferdə istixana qazlarının ümumi həcmi yeni rekorda çatıb və bunun daha da artacağı gözlənilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni hesabatında deyilir.
İstixana qazlarından ən çox yayılan karbon qazının orta qlobal qatılığı (CO₂) 2022-ci ildə ilk dəfə olaraq sənaye dövründən əvvəlki səviyyəni 50 faiz üstələyib. 2023-cü ildə bu artım davam edib.
ÜMT-nin “İstixana qazları bülleteni”ndə deyilir ki, CO₂ qatılığının artım templəri onilliyin orta göstəricisindən bir qədər aşağı olub, lakin bu, müəlliflərin fikrincə, karbon dövranının təbii qısamüddətli tərəddüdləri ilə izah olunur.
Metan konsentrasiyası da artıb, əsas istixana qazlarının üçüncüsü olan azot oksidinin səviyyəsi isə 2021-2022-ci illərdə rekord illik artım göstərib.
“Ötən onilliklər ərzində elmi ictimaiyyət tərəfindən dəfələrlə səslənən xəbərdarlıqlara, iqlim ilə bağlı minlərlə hesabat səhifələrinə və onlarla konfranslara baxmayaraq, biz hələ də yanlış istiqamətdə hərəkət edirik”, – deyə ÜMT-nin Baş katibi professor Petteri Taalas bildirib.
Onun sözlərinə görə, cari istixana qazları qatılığının səviyyəsi ona gətirib çıxaracaq ki, əsrin sonuna qədər Yer atmosferinin orta temperaturu əhəmiyyətli dərəcədə Paris sazişinin məqsədli göstəricilərini üstələyəcək. Bu, güclü istilik və yağışlar, buzlaqların əriməsi, dəniz səviyyəsinin qalxması, okean sularının istiləşməsi və turşulaşması da daxil olmaqla, getdikcə daha ekstremal hava şəraiti ilə müşayiət olunacaq. “Sosial-iqtisadi və ekoloji xərclər kəskin şəkildə artacaq, – deyə professor Taalas bildirib. – Biz təcili şəkildə qazıntı yanacağın istehlakını azaltmalıyıq”.
CO₂ emissiyalarının ümumi həcminin yarısından bir qədər az miqdarı atmosferdə qalır; dörddə birindən bir qədər çox miqdarı okean tərəfindən udulur; 30 faizindən bir qədər az miqdarı – yerüstü ekosistemlər tərəfindən udulur. Tullantılar davam etdikcə, CO₂ atmosferdə toplanmaqda davam edəcək, bu da qlobal temperaturun artmasına gətirib çıxaracaq. Karbon qazının uzunmüddətli ömrünü nəzərə alsaq, emissiyalar tez bir zamanda sıfıra qədər azaldılsa belə, indi müşahidə olunan temperatur səviyyəsi bir neçə onilliklər ərzində qalacaq.
Son dəfə müqayisə olunan CO₂ qatılığı Yer kürəsində üç-beş milyon il bundan əvvəl müşahidə olunub, o zaman temperatur 2-3°С daha isti olub, dəniz səviyyəsi isə indikindən 10-20 metr daha yüksək olub. “Karbon qazının artığının atmosferdən yığışdırılması üçün “sehrli çubuq” mövcud deyil, – deyə professor Taalas vurğulayıb, – lakin iqlim dəyişməsinin hərəkətverici qüvvələrinin dərk edilməsinin dərinləşdirilməsi üçün vasitələrimiz vardır. Bu, davamlı müşahidələri və daha iddialı iqlim məqsədlərinin dəstəklənməsi üçün monitorinqi əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verəcək”.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта