RU

250 min sərmayəyə “qızıl viza”

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis xüsusilə turizmin intensiv olduğu bölgələrdə kirayə evlərin tapılması probleminin həlli üçün bir sıra tədbirlər görüləcəyini bildirib. Mitsotakis həmçinin bildirib ki, ölkədə ən az 250 min avroluq startap sərmayəsi edən sahibkarlar da ölkədə uzunmüddətli yaşayış icazəsi olan “qızıl viza” müraciətindən yararlana bilərlər.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu fikri 88-ci Beynəlxalq Saloniki Sərgisindəki açılış nitqində deyib.

Mitsotakis çıxışında səlahiyyət müddətinin qalan hissəsi üçün hökumətin proqramına əlavə edilmiş dəyişiklikləri çatdırıb və aztəminatlı vətəndaşlar üçün təqaüd və dövlət qulluqçularının maaşlarının artırılması, sosial sığorta haqlarının azaldılması kimi vədlərini sadalayıb.

Mitsotakis bildirib ki, Yunanıstanın azalan əhali problemi ilə mübarizə üçün valideynlərə verilən maliyyə dəstəyi artırılacaq.

***

Xüsusilə turizmin intensiv olduğu bölgələrdə kirayə ev tapmaq probleminin həlli üçün silsilə tədbirlər görüləcəyini bildirən Mitsotakis qeyd edib ki, hazırda kirayəsi olmayan evləri olan ev sahibləri boş evlərini icarəyə versələr, üç il müddətində vergi tutulmayacaq və nəticədə onların kirayə gəlirləri də artacaq.

Mitsotakis, hal-hazırda evlərini rəqəmsal platformalar vasitəsilə gündəlik kirayə verən və illik kirayə sisteminə keçəcək ev sahiblərinin də eyni fürsətdən yararlanacaqlarını bildirib.

İllik kirayədən gündəlik kirayəyə keçənlərin vergi yükünün artacağını qeyd edən Mictoakis, paytaxt Afinanın üç məhəlləsində ən azı bir il ərzində gündəlik kirayə üçün yeni evlərin açılmasına icazə verilməyəcəyini vurğuladı.

***

Mitsotakis bəzi adalarda və bölgələrdə intensiv turizm səbəbiylə yaşanan infrastruktur problemlərinə diqqət çəkərək, Yunanıstan limanlarında lövbər salan kruiz gəmilərində hər sərnişindən alınan liman vergisinin yay mövsümündə artırılacağını qeyd edib.

Santorini və Mikonosda kruiz gəmiləri üçün liman vergisinin digər bölgələrə nisbətən daha yüksək olacağını bildirən Mitsotakis, bu gəlirlərin turizm bölgələrinin infrastruktur ehtiyacları üçün istifadə ediləcəyini bildirib.

***

Fəhlə və dövlət qulluqçularının həmkarlar ittifaqları Beynəlxalq Saloniki Sərgisi münasibətilə Selanikdə müxtəlif nöqtələrdə hökumətə qarşı hərəkətə keçməyə çağırıb.

Fəallar yaşayış bahalığını vurğulayaraq maaşların yetərli olmadığına diqqət çəkiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
115
vaxt.az

1Источники