Çinlə ABŞ arasında iqlim fəaliyyəti üzrə işçi qrupu sentyabrın 4-6-da Pekində görüşüb.Elchi.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.Tərəflər iqlim dəyişikliyi ilə mübarizədə, o cümlədən enerjiyə keçid sahələrində (qlobal enerjinin kömürdən, neftdən, qazdan daha ekoloji cəhətdən təmiz yanacağa ötürülməsi) bu günə qədər əldə edilmiş irəliləyişi, dairəvi iqtisadiyyat prinsiplərinin həyata keçirilməsi, resurslardan istifadənin səmərəliliyinin artırılması, karbon emissiyalarının azaldılmasını müzakirə ediblər.Pekin tərəfdən görüşdə Çin hökumətinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Lyu Çjenmin, Amerika tərəfdən isə ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Podesta iştirak edib. İşçi qrupun ilk iclası 2024-cü ilin yanvarında videokonfrans vasitəsilə keçirilib.Havar Şəfiyeva
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта