Əlcəzairin hazırkı Prezidenti Əbdülməcid Təbbun sentyabrın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin seçki komissiyası məlumat yayıb.
Bildirilib ki, Təbbun 94,65% səs toplayıb. Onun rəqibləri, mötədil islamçı “Sülh Cəmiyyəti Hərəkatı” partiyasından Abduləli Həsəni Şərif və Sosialist Qüvvələr Cəbhəsindən Yusif Auşiş müvafiq olaraq 3,17% və 2,16% səs toplayıb.