Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval sentyabrın 10-dan 11-dək Moskvaya səfər edəcək.
"Unikal" xəbər verir ki, müşavir Rusiya prezidenti Vladimir Putinlə görüşəcək və davam edən Rusiya-Ukrayna müharibəsinin həlli üçün sülh səylərini müzakirə edəcək.
Doval səfər zamanı rəsmi BRİKS-in toplantısında da iştirak edəcək.
BRİKS toplantısı çərçivəsində Doval iyulda Moskvada keçiriləcək sammitin nəticələrini müzakirə etmək üçün rus və çinli həmkarları ilə də ikitərəfli görüşlər keçirəcək.