RU

104 gün istirahətsiz işləyən 30 yaşlı kişi öldü

Çində istirahət etmədən 104 gün işləyən 30 yaşlı kişi ölüb.

QAZÌLER.AZ  Publika.az-a istinaden  xəbər verir ki,  həmin şəxs 2023-cü ilin fevralından may ayına kimi həftənin yeddi günü işləyib. Yalnız mayın 25-də xəstəlik səbəbindən bir gün istirahət edib və bütün gününü yataqda keçirib. Mayın 28-də o, ağciyər infeksiyası və tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib və iyunun 1-də isə dünyasını dəyişib.

Rəsmilər onun ölümünün iş vaxtının artıq olmasının nəticəsi sayıla bilməyəcəyini iddia ediblər. Lakin məhkəmənin qərarı fərqli olub. Belə ki, məhkəmə şirkətin işçinin ölümünə görə 20% məsuliyyət daşıdığını elan edib. Bu cür iş rejimi qanuni olmadığı üçün şirkətin ailəyə təzminat ödəməsinə qərar verilib

Избранный
161
50
qaziler.az

10Источники