RU

Rəcəb Tayyib Ərdoğan və Əbdülməcid Tebbun arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə telefon əlaqəsi saxlayıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Əbdülməcid Tebbunu Əlcəzairdə keçirilən prezident seçkilərində əldə etdiyi qələbə və yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Prezident R.T.Ərdoğan seçki nəticələrinin Əlcəzair xalqının son 5 ildə atılan addımlara dəstəyinin göstəricisi olduğunu, yeni dövrdə Əlcəzairin sabitlik və firavanlığının daha da güclənəcəyini, Türkiyə ilə Əlcəzair arasındakı əlaqələrin hər sahədə inkişaf etməyə davam edəcəyinə inandığını bildirib.
Əlcəzair prezidenti Əbdülməcid Tebbunu Türkiyəyə dəvət edən prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olaraq Əlcəzairin Fələstin məsələsi ilə bağlı göstərdiyi səyləri alqığladığını və dəstəklədiyini vurğulayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
50
trt.net.tr

10Источники