RU

Bakıda fəlakətli durum - İnsanlara niyə əziyyət verilir? - Şok

"Bakı-Sumqayıt yolu fəlakətli bir yoldur. İllərdir bu tıxac məsələsi insanlara əziyyət verir. Onları düşünmək lazımdır. İnsanları düşünəndə yol tapmaq olur. Mütəxəssisləri yığıb, alternativ təklifləri dinləyib sistemləşdirəndən sonra optimal yol tapıla bilər".Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, cəmiyyətdə mütəxəssis fikrinə əhəmiyyət verən yoxdur.:"Elə fikirləşirlər ki, insanlar qoy bir az da əziyyət çəksinlər. İnsanları illərdir bu qədər əziyyətə düçar etmək olmaz. Bəlkə kimlərsə bunun mənasını başa düşmür, amma bu, iqtisadiyyatımıza böyük zərbə vurur. Hər gecikən vətəndaş hansısa bir istehsal və ya istehlak sahəsində müəyyən problemlərin yaşanmasına səbəb olur. Ona görə də biz bu məsələ üzərində ciddi işləməliyik".Fazil Mustafa qeyd edib ki, tıxacın əsas səbəbi metro tikintisi ilə bağlıdır:"Metro tikintisində özbaşınalıq hökm sürür. Heç bir ciddi irəliləyiş olmadı. Bu da daşınma məsələsində problem yaratdı. Böyük şəhərlərdə 250-yə yaxın metro stansiyası var. Amma Bakıda bu stansiyaların sayı 50-ni keçmir. Bu o deməkdir ki, məsələ sadəcə diqqətdən kənarda saxlanılır. Vacib deyil yeraltı metro olsun. Yerüstü metro nəqliyyat infrastrukturu qurula bilərdi. Sumqayıt-Bakı arasında bunu daha çevik şəkildə qurmaq olardı. Amma bu işlərdə heç bir irəliləyiş yoxdur. Bu haqda düşünülmür. İllərdir olan təcrübələr bunu göstərir ki, məsələyə rasional yanaşma yoxdur".

Избранный
27
millishow.az

1Источники