RU

Türkiyənin sement ixracı azalıb

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,4 faiz azalaraq, 2 milyard 889 milyon dollara bərabər olub.

Kommersant.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə 364 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 7,8 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023 – avqust 2024) Türkiyə 4 milyard 333 milyon dollar məbləğində sement məhsulları ixrac edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
22
kommersant.az

10Источники