RU

Azərbaycan dostluq əməkdaşlığına sadiqdir

“İtaliya-Azərbaycan əlaqələri digər Avropa ölkələri üçün də bir nümunədir”.

Bunu millət vəkili  Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Azərbaycan-İtaliya arasındakı dostluq münasibətləri Avropa və Qafqaz ölkələrinin inkişafına stimul verəcəkdir:

“Cənab prezident İlham Əliyevin İtaliya səfəri regional və beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı İtalyaya səfəri çərçivəsində çox mühüm əhəmiyyətli görüşlər keçirib. İki ölkə arasındakı yüksək siyasi dialoq beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir. Daim hər iki ölkə mühüm strateji məsələlərdə qarşılıqlı bir-birinə dəstək göstərir. Azərbaycan İtaliyanın ən yaxın strateji tərəfdaşıdır. Bu gün Avropa İttifaqı ilə ölkəmiz arasındakı yaxşı əlaqələrin olmasına vəsilə yaradan səbəblərdən biri də İtaliya ilə cənab prezident İlham Əliyev tərəfindən qurulan yaxın dostluq münasibətləridir. Azərbaycan demokratik dəyərlərə malik ölkədir. Ölkəmizdə vətəndaşların hüquq və azadlıqları qorunur. Söz və mətbuat azadlığı mövcuddur. Məhz bu səbəbdən Azərbaycan-İtaliya əlaqələri yüksələn xətt üzrə inkişaf edir” .

Deputat vurğulayıb ki, Azərbaycan-İtaliya əlaqələri regionun sabitliyi üçün böyük töhfələr verəcək:

“Fransa və digər qərb ölkələrdən fərqli olaraq İtaliya Ermənistan ilə Azərbaycan arasında uzun illər davam edən münaqişənin həlli istiqamətində ədalətli yanaşma sərgiləyib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın yanında olub. Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir və bu əməkdaşlıq qarşıdakı illərdə də daha da güclənəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
xalq.az

1Источники