RU

Moskva vilayətinə dron zərbəsindən ölən və yaralananlar var

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Ramenskoye şəhərinə dron zərbələri nəticəsində bir nəfərin öldüyünü, üç nəfərin yaralandığını bildirib. Daha öncə 9 yaşlı uşağın həlak olması barədə informasiya təsdiqini tapmayıb. Qubernator ölənin 46 yaşlı qadın olduğunu deyib. Vorobyov xəsarət alan üç nəfərin Ramenskoye xəstəxanasına yerləşdirildiyini söyləyib. Sentyabrın 10-da səhər Sportivnoye döngəsindəki binaya dron zərbəsindən 11-12-ci mərtəbələrdəki mənzillər yanıb. Hazırda yanğının söndürüldüyü bildirilir. Vilayət rəhbəri daha bir dronun Vısokovoltnoye küçəsində evin üzərinə düşdüyünü, orada 9-cu mərtəbədə mənzilə ziyan dəydiyini söyləyib. Onun sözlərinə görə, bir nəfər xəsarət alıb. “Müvəqqəti sığınacaqlara 43 nəfər yerləşdirilib. Onlar isti yeməklə təmin ediliblər”, – Vorobyov vurğulayıb. O, ötən gecə bir neçə rayonda ümumilikdə dörd dronun məhv edildiyini açıqlayıb. Moskvanın meri Sergey Sobyanin isə həmin dronların paytaxta yaxınlaşarkən vurulduğunu, dron qalıqlarından xəsarət alanların, dağıntıların olmadığını deyib. “Jukovski” aeroportu yaxınlığında vurulan dronun qalıqlarının yaratdığı fəsadlar aradan qaldırılır, – Sobyanin bildirib. Aeroportun mətbuat xidməti onun bağlandığını açıqlayıb. Moskvaətrafına dron hücumlarından sonra “Vnukovo”, “Şeremetyevo” və “Domodedovo”da reyslər gecikir. Moskvada Kaşirsk şosesinə dron qalıqları düşməsi orada nəqliyyatın hərəkətinin dayandırılmasına səbəb olub. Tula vilayətində də iki dron vurulub, xəsarət alan olmayıb. Dronların qalıqlarının yanacaq-energetika kompleksi obyektlərindən birinin üzərinə düşdüyü xəbər verilir. Bundan başqa, Bryansk və Lipetsk vilayətləri də dron hücumuna məruz qalıb. Bryanskın qubernatoru 59 dronun məhv edildiyini açıqlayıb. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
xural.com

1Источники